"Sumqayıt" millimizin üzvünü transferə çıxarıb

"Sumqayıt" klubu milli komandamızın üzvü Cavid İmamverdiyevilə yollarını ayırır.

Sportline.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi transferə çıxarılıb.

Buna, məşqlərə qatılmayan futbolçunun intizamsızlığının səbəb olduğu bildirilir.

Qeyd edək ki, mövsümün sonunda İmamverdiyevin "Neftçi"yə keçidi gündəmdə idi.