"Sumqayıt" "Sabah"a məğlub oldu

Bu gün Topaz Premyer Liqasında 8-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib. 

Eyni xala malik "Sumqayıt" və "Sabah" münasibətləri birincilərin meydanında aydınlaşdırıb. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.

21 oktyabr 2018
TPL, 8-ci tur

"Sumqayıt” – "Sabah” - 0:1
QOL: 
Miloş Bosançiç, 36

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Bayıl Arena”
I dövrə - 4:1