"Sumqayıt" Türkiyədə 7 qol buraxdı

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" növbəti yoldaşlıq görüşünə çıxıb. SportLine.az xəbər verir ki, rəqib Super Liqa təmsilçisi “Alanyaspor" olub.

Qarşılaşma Türkiyə klubunun qələbəsi ilə yekunlaşıb - 7:0.

Qeyd edək ki, “Sumqayıt” Türkiyədəki ilk sınağında Qətərin “Əl-Şəhaniyə” klubu ilə 1:1 hesablı heç-heçə etmişdi.