"Sumqayıt" yeni baş məşqçinin rəhbərliyi altında

"Sumqayıt" yeni baş məşqçinin rəhbərliyi ilə hazırlığı bərpa edib. Sportline.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında "Kapital Bank Arena"nın köməkçi meydançasında ilk məşqə çıxıb. 

Milli komandalarda olan Əfran İsmayılov, Şəhriyar Əliyev, Süleyman Əhmədov və Murad Xaçayev məşqdə iştirak etməyib. Əvəzedici heyətdən isə 6 futbolçu əsas komanda ilə birlikdə hazırlaşıb.