“Sumqayıt”da yeni müqavilə

“Sumqayıt" daha bir futbolçu ilə müqavilə imzalayıb. SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2017/18 mövsümü üçün heyətini gücləndirməkdə davam edən “Gənclik şəhəri” təmsilçisi sol cinah müdafiəçisi Azər Salahlını komandada saxlayıb.

23 yaşlı futbolçu azad agent qismində komanda ilə 1 illik müqavilə imzalayıb. Azər "Sumqayıt"da yenə 19 nömrəli forma altında çıxış edəcək.

Salahlı 2016/17 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 27 qarşılaşmada ümumilikdə 2175 dəqiqə meydanda olub və 1 qol vurub.

Qeyd edək ki, bunadək Tural Axundov, Vüqar Bəybalayev, Cavid İmamverdiyev, Kamal Mirzəyev və Rəşad Eyyubovu heyətinə qatan “Sumqayıt” öz oyunçularından Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadəni də saxlamağa müvəffəq olmuşdu.