"Sumqayıt"dan daha bir transfer

"Sumqayıt" 2018/2019 mövsümü üçün növbəti transferini həyata keçirib.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda son olaraq, “Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyevi heyətinə qatıb. 25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ş.Əliyev “Bakı”, “Qarabağ” və "Qəbələ"də çıxış edib. O, Azərbaycanın U-21 və əsas millilərinin şərəfini qoruyub.