"Sumqayıt"dan daha bir transfer

"Sumqayıt” klubu daha bir futbolçunu heyətə qatıb.

Sportline.az xəbər verir ki, sumqayıtlılar cinah müdafiəçisi Qvanzav Maqomedovla 1 illik müqavilə bağlayıblar. 24 yaşlı futbolçu  əvvəllər "Bakı", AZAL, "Zirə", "Səbail" və "Sabah" komandalarında çıxış edib.

Qeyd edək ki, "Sumqayıt” Əfran İsmayılov, Elvin Məmmədov, Yusif Nəbiyev ("Qəbələ", icarə), Şəhriyar Əliyev, Murad Xaçayev ("Şaxtyor”, Ukrayna, icarə), Aleksey İsayev, Dmitri Nağıyev və Əli Babayevlə də müqavilə bağlayıb.