"Sumqayıt"ı "Neftçi"yə dəyişdi

"Sumqayıt"ın müdafiəçisi karyerasını "Neftçi"də davam etdirəcək. 

Sportline.az xəbər verir ki, bu haqda milli komandanın üzvü özü açıqlama verib.

"Klubla müqaviləm başa çatıb. Hazırda istirahətdəyəm. 2-3 gün ərzində dəqiq qərar verəcəm. Bir neçə təklifim var. Növbəti mövsüm "Sumqayıt"da olmayacam. Bu, dəqiqdir. Yeni klubum böyük ehtimalla, "Neftçi" olacaq".

Qeyd edək ki, Tural Axundov son mövsümdə meydana çıxdığı 27 oyunda 4 qol vurub.