"Sumqayıt"ın əvəzediciləri "Xəzər"dən güclü oldu

"Sumqayıt"ın əvəzedici komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. SportLine.az xəbər verir ki, "kimyaçılar"ın rəqibi I Divizion təmsilçisi "Xəzər" olub.

Qarşılaşmanın taleyini bir qol həll edib. Fərid Kərimzadənin qolu "Sumqayıt"a qələbə qazandırıb.