"Sumqayıt"ın hazırlıq planı müəyyənləşdi

"Sumqayıt"komandasının 2018/2019 mövsümü üçün yay hazırlıq planı müəyyənləşib.

Sportline.az xəbər verir ki, baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında iyunun 27-də tibbi baxışdan keçəcək komanda, ardınca iki gün dəniz kənarında fiziki hazırlıq üzrə məşqlərə qatılacaq. 

"Kimyaçılar" iyunun 30-dan təlim-məşq toplanışına yığışacaq. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşq meydançasında hazırlaşacaq. Hazırlığın ilk mərhələsində 2 yoxlama oyunu keçiriləcək.

Qeyd edək ki, "Sumqayıt" hazırlığın ikinci mərhələsini  qonşu Türkiyədə keçirəcək. İyulun 16-dan 29-dək Boluya yollacacaq Nazim Süleymanovun komandası "Koru" otelində məskunlaşacaq. Komanda Türkiyədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.