"Sumqayıt"ın seriyası qırıldı

“Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, topaz Premyer Liqasında ardıcıl 11 matçda uduzmayan Samir Abasovun yetirmələri XXIV turun “Qarabağ”la ev görüşündə 0:1 hesabı ilə yenilib. “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə XII turda məğlub olmuşdu. 2017-ci il noyabrın 17-də Ağdam klubuna səfərdə 0:2 hesabı ilə uduzan sumqayıtlılar 156 gündən sonra meydanı xalsız tərk edib.

Bu, həm də “Sumqayıt”ın Premyer Liqada 40-cı ev məğlubiyyətidir. Öz meydanında 109 qarşılaşma keçirən komanda bu matçadək 39 dəfə uduzmuşdu.