Super Liqa: "Qalatasaray"dan səfər qələbəsi

Türkiyə Super Liqasında 2018/2019-cu il mövsümü start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Ötən ilin çempionu - "Qalatasaray" səfərdə "Ankaragücü"nü sınağa çəkib. İstanbul təmsilçisinin üstünlüyü ilə keçən görüş hesabı meydan sahibləri açsa da, yekunda "cim-com" qələbə qazanıb - 3:1.