Təbrizdə 4 medal

Azərbaycanın sərbəst güləşçiləri İranın Təbriz şəhərində böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turnirində 4 bürünc medal qazanıblar.

SportLine.az xəbər verir ki, Coşqun Əzimov (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Roman Bəkirov (97 kq) fəxri kürsüyə yüksəlməyi bacarıblar.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.

Qeyd edək ki, "Təxti Kuboku"nda 23 ölkədən 190-a yaxın idmançı iştirak edib. 

Bürünc medal görüşləri 

70 kq - Mansur Syrgak (KGZ) Coşqun Əzimov 2:6

79 kq - Rustam Dudayev (UKR) - Murad Süleymanov 6:11

86 kq - Hacımurad Məhəmmədsəidov (AZE) - Osman Gosen (TUR) 11:0

92 kq - Cavid Sadıqov - Batzul Ulziisaikhan (MGL) 0:5

97 kq - Abazar İslami (İRİ) - Roman Bəkirov 6:8

Təsəlliverici görüşlər 

61 kq - Elçin Vəliyev - Mohammad Maliki (İRİ) 0:3

61 kq - Elçin Vəliyev - Pərviz İbrahimov 3:0

86 kq - Saken Aitjanov (KAZ) - Hacımurad Məhəmmədsəidov 0:3

1/2 final 

70 kq - Coşqun Əzimov - Giorgi Sulava (GEO) 2:7

79 kq - Mihaly Nagy (HUN) - Murad Süleymanov 7:6

97 kq - Roman Bəkirov - Amir Mohammadi (İRİ) 8:8*

1/4 final 

70 kq - Narek Sirunyan (ARM) - Coşqun Əzimov 2:9

79 kq - Ali Şabanau (BLR) - Murad Süleymanov 5:6

86 kq - Kamran Ghasempur (İRİ) - Hacımurad Məhəmmədsəidov 8:5

92 kq - Araşk Mohebi (İRİ) - Cavid Sadıqov 11:4

97 kq - Roman Bəkirov - Faruk Akkoyun (TUR) 4:2

1/8 final 

61 kq - Niurhun Skrabin (BLR) - Pərviz İbrahimov 10:6

70 kq - Batyr Orazgylyjov (TKM) - Coşqun Əzimov 1:6

70 kq - Pənah İlyaslı - Mustafa Kaya (TUR) 0:5

79 kq - Engin İsmail (BUL) - Murad Süleymanov 0:10

86 kq - Hacımurad Məhəmmədsəidov - Saxob Nimatzoda (TJK) 10:0

97 kq - Zviad Metreveli (GEO) - Roman Bəkirov 0:10

125 kq - Elyas Baxtiyari (İRİ) - Umar İsrailov 5:0

1/16 final 

61 kq - Pərviz İbrahimov - Levan Murtsxvaladze (GEO) 8:1

61 kq - Elçin Vəliyev - Niurhun Skrabin (BLR) 0:10

70 kq - Zafer Dama (TUR) - Pənah İlyaslı 1:1*

86 kq - Dato Piruzaşvili (GEO) - İbrahim Yusubov 5:2