Təxirə salınan "Qarabağ" - "Zirə" matçının vaxtı açıqlandı

I turdan təxirə salınan “Qarabağ” – “Zirə” oyununun başlama vaxtı bəllidir. Peşəkar Futbol Liqası sentyabrın 26-na təyin etdiyi oyun üçün start saatını müəyyənləşdirib.

SportLine.az xəbər verir ki, “Azersun Arena”da start götürəcək oyun saat 20.00-da başlayacaq. Matç “CBC Sport” vasitəsi ilə canlı yayımlanacaq.