Topaz Premyer Liqasının başlama vaxtı müəyyənləşdi

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasında 2018/2019-cu illər mövsümünün start tarixini müəyyənləşdirib. 

SportLine.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, növbəti mövsüm avqustun 11-də başlanacaq. 

Mövsümə yenə 28 may - Respublika günündə Azərbaycan Kubokunun final matçı ilə yekun vurulacaq.