Torres "Atletiko"dan gedir

Fernando Torres Madrid "Atletiko"su ilə vidalaşmağa hazırlaşır. SportLine.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Antonio Sanz "Radio Marca"ya açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, 34 yaşlı hücumçu karyerası Amerikada, və ya Çində davam etdirə bilər:

"Hələ ki, konkret klub yoxdur. Bir neçə klubla danışıqlar aparırıq. Bunların bəziləri Amerika Major Liqasında, bəziləri Çin Super Liqasında çıxış edən klublardır".

Qeyd edək ki, F.Torres "Atletiko" forması ilə keçirdiyi 330 oyunda 113 qol vurub.