Torres Yaponiya klubunda

"Atletiko" klubunun və İspaniya millisinin sabiq futbolçusu Fernando Torres karyerasını Yaponiyada davam etdirəcək. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, hücumçu "Saqan Tosu" klubu ilə razılığa gəlib.

Məlumata görə, 34 yaşlı futbolçu ilinə 6,2 milyon avro qazanacaq.