"Totenhem" "Barselona"nın hücumçusunu hədəfləyib

“Barselona”nın hücumçusu Malkom tezliklə Katalon klubunu tərk edə bilər.

Sportline.az Football Espana-ya istinadən xəbər verir ki, 21 yaşlı braziliyalı “Totenhem”in hədəfindədir. Londonlular onun transferinə 50 milyon avro xərcləməyə hazır olduqlarını bildiriblər. Bu məbləğ, “Barselona”nın bu yay “Bordo” klubuna ödədiyindən 9 milyon avro çoxdur.  

Qeyd edək ki, kataloniyalılarla 5 illik müqavilə bağlayan Malkom mə.qdə aldığı zədə üzündən, yeni komandasında cəmi iki oyun keçirib.