TPL: İlk turun ən yaxşısı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib. 

SportLine.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan milli komandasının və "Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovdur. 

"Sumqayıt”a qarşı oyunda komandasını kapitan kimi meydana çıxaran Mahmudov 2-ci qolun müəllifi olub. InStatın təhlilinə əsasən, o, turun ən yüksək indeksə malik futbolçusudur.

Qeyd edək ki, ilk turda "Neftçi" "Sumqayıt"ı 2:0 hesabı ilə yenib.