"Trabzonspor" ilk qələbəsini qazandı

Türkiyə Super Liqasında 2-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

1-ci turda məğlub olan "Trabzonspor" bu dəfə azarkeşlərini sevindirib. Qara dəniz təmsilçisi "Sivasspor"u əliboş yola salıb.

17 avqust 2018
Super Liqa
2-ci tur

"Trabzonspor" - "Sivasspor" - 3:1
Qollar:
 Olcay Şahan, 7 (1:0), Huqo Rodalleqa, 14-pen (2:0), 27 (3:0), Duqlas, 45 (3:1)