Türkiyə millisində 26 futbolçu

İrlandiya və Monteneqro seçmələri ilə yoxlama görüşü keçirəcək Türkiyə millisinin heyəti açıqlanıb. SportLine.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Mirça Luçesku 26 futbolçuya dəvət göndərib:

Qapıçılar: Volkan Babacan ("Başakşəhər"), Serkan Kırıntılı ("Konyaspor"), Okan Koçuk ("İstanbulspor")

Müdafiəçilər: Gökhan Gönül ("Beşiktaş"), Kaan Ayhan, ("Fortuna", Almaniya), Mehmet Zeki Çelik ("İstanbulspor"), Çağlar Söyüncü ("Frayburq", Almaniya), Ömər Toprak ("Borussiya" Dortmund, Almaniya), Sərdar Əziz ("Qalatasaray", Uğur Demirok ("Trabzonspor"), Hasan Ali Kaldırım ("Fənərbaxça"), Ömər Bayram ("Akhisarspor")

Yarımmüdafiəçilər: Əbdülqədir Ömür ("Trabzonspor"), Cengiz Ünder ("Roma", İtaliya), Əmrə Mor ("Selta", İspaniya), Sərdar Gürlər ("Osmanlıspor"), Əmrə Akbaba ("Alanyaspor"), Mehmet Topal ("Fənərbaxça"), Oğuzhan Özyakup ("Beşiktaş"), Okay Yokuşlu ("Trabzonspor"), Səlçuk İnan ("Qalatasaray"), Yusuf Yazıçı ("Trabzonspor"), Hakan Çalhanoğlu ("Milan", İtaliya), Yunus Mallı ("Volfsburq", Almaniya)

Hücumçular: Cenk Tosun ("Everton"), Enes Ünal ("Vilyarreal", İspaniya).