Türkiyə Super Liqasında növbəti istefa

"Bursaspor"un baş məşqçisi Pol Le Quen istefaya göndərilib.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssislə müqavilə birtərəfli qaydada ləğv edilib. Le Quen "timsahlar"ın rəhbərliyinin qarşılıqlı anlaşma təklifini rədd etdiyindən "birtərəfli pozulma" maddəsindən yararlanıb. 54 yaşlı baş məşqçini son 6 turda Mustafa Er əvəzləyəcək.

Qeyd edək ki, "Bursaspor" Pol Le Quenin rəhbərliyi altında Super Liqada 28, Türkiyə Kubokunda 6 oyuna çıxıb. 13 görüşdən qalıb ayrılan "ağ-yaşıllar" 14 məğlubiyyətə üzlülüb. Komanda hazırda yarış cədvəlinin 13-cü pilləsindədir.