Türkiyədə daha 3 medal

Türkiyənin Antalya bölgəsində yeniyetmə cüdoçular arasında keçirilən Avropa Kubokunun son günündə Azərbaycan millisi aktivinə daha üç medal yazdırıb.

SportLine.az xəbər verir ki, oğlanların mübarizəsində İbrahim Ağakişiyev(81 kq), Yaqub İsmayılzadə(90 kq) və Toğrul Salmanov (+90 kq) gümüş medal qazanıb. Beləliklə, Azərbaycan cüdoçuları Antalya turnirində 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olub.

Qeyd edək ki, yarışın ilk günündə millimizin üzvləri Vüsalə Kərimova (44 kq) qızıl, Səbinə Əliyeva (48 kq) isə bürünc medala layiq görülüb.

Azərbaycan Cüdo Federasiyasının məlumatı