UEFA Astorinin xatirəsini anacaq

UEFA həftəsonu dünyasını dəyişən Davide Astorinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması barədə qərar qəbul edib.

SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu həftə Çempionlar Liqası və Avropa Liqasında keçiriləcək görüşlərdən öncə futbolçunun xatirəsi yad olunacaq.

Qeyd edək ki, "Fiorentina"nın kapitanı ötən gün səhər saatlarında otel otağında ölü tapılıb.