UEFA Bakıda keçiriləcək finalla bağlı satışa başladı

Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa UEFA-nın həyata keçirdiyi Rəsmi Qonaqpərvərlik Proqramının satışı başlayıb.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərini UEFA-nın elektron səhifəsindən əldə etmək mümkündür. 

Bunun üçün aşağıdakı keçiddən istifadə etmək mümkündür:

https://uelf.hospitality.uefa.com/home/

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da keçiriləcək. 

Gümüş paketin qiyməti 690 avrodur.Paketə I keteqoriyaya aid oyun bileti, qarşılaşmadan əvvəl və sonra dünya standartlarında yeməklər, qonaq otağında pulsuz oturma konsepsiyası, qonaq otağında yarım saat ərzində sərinlədici içkilər daxildir. 

Qızıl paketin isə qiyməti 890 avrodur. Paketə qonaq otağının yanında I kateqoriyaya aid oyun bileti, qarşılaşmadan əvvəl və sonra dünya standartlarında yeməklər, qonaq otağında pulsuz oturma konsepsiyası, qonaq otağında yarım saat ərzində sərinlədici içkilər daxildir.

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da keçiriləcək.