UEFA İsveçrə klubunu avrokuboklardan uzaqlaşdırdı

UEFA İsveçrənin “Syon” klubunu avrokuboklardan uzaqlaşdırıb.

Sportline.az xəbər verir ki, “Syon” 2018/19 və 2019/20-ci illər mövsümündə avrokuboklara qatıla bilməyəcək. Buna səbəb klubun maliyyə feyr-pleyi qaydalarını pozması olub.

İsveçrə klubu 235 min avro cərimə də ödəməli olacaq.

Qazaxıstanın “İrtış” klubu isə bir illik şərti cəzaya məruz qalıb. Ancaq qazaxlar 440 min avro cərimə ödəməli olacaqlar.

Albaniyanın “Tirana”, Serbiyanın “Voyvodina” klubları isə 215 min avro cərimə edilib.