UEFA İtaliya klubunu cəzalandıra bilər

UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçirilən "Atalanta" - "Borussiya" (1:1) görüşü ilə bağlı araşdırmaya başlayıb.

SportLine.az xəbər verir ki, oyun vaxtı Dortmund təmsilçisinin futbolçusu Mişi Batşuayi irqçi şüarlara məruz qalıb. 

Hazırda ali futbol qurumu məsələni dəqiqləşdirməyə çalışır.

Qeyd edək ki, oyundan sonra bu hadisəyə münasibət bildirən "Atalanta" klubunun prezidenti Antonio Perkassi yaşananlara görə M.Batşuayidən üzr istədiyini bildirib.