UEFA "Milan"la bağlı qərarını dəyişdi

İdman Arbitraj Məhkəmsi (CAS) "Milan"ın avrokuboklardan kənarlaşdırılması ilə bağlı qərarını ləğv edib. SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, "qırmızı-qaralar" bu mövsüm Avropa Liqasında mübarizə apara biləcəklər. 

Xatırladaq ki, CAS "Milan"ın maliyyə "feyr-pley"ini pozduğunu əsas gətirərək klubu şərti olaraq iki il müddətinə avrokuboklardan məhrum etmişdi. "Milan" klubu appelyasiyasa şikayəti verib və şikayət təmin olunub. 

Beləliklə, "Milan" növbəti mövsüm Avropa Liqasında İtaliyanı təmsil edəcək.