UEFA-nın yeni reytinqində Azərbaycanın mövqeyi

Çempionlar Liqasının 1/8 final və Avropa Liqasının 1/16 final mərhələsinin oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Sportline.az xəbər verir ki, Avroliqanın 1/16 final mərhələsinin cavab görüşündə "Srvena Zvezda"nın ÇSKA-ya uduzmasıyla mövqeyimiz dəyişməyib.  Avrokuboklar mövsümünü başa vuran Azərbaycan 19.125 xalla 23 pillədə qərarlaşıb.

 Qeyd edək ki, bizdən 1 pillə irəlidə olan İsveçin 19.475 xalı var.