UEFA "Qarabağ"ın xəzinəsinə pul köçürdü

UEFA "Qarabağ" klubuna 980 min avro vəsait ayırıb. Sportline.az AFFA-nın rəsmi saytına istinadən  xəbər verir ki,  vəsait komandanın cari mövsümdə Avropa Liqasının qrup mərhələsindəki  nəticələrlə bağlı verilib. 980 min avro  AFFA-nın vasitəçiliyi ilə "Qarabağ” klubunun hesabına köçürülüb. Qeyd edək ki, qrup mərhələsində 2 dəfə qalib gəlib gələn və 1 dəfə heç-heçə edən "Qarabağ"  3 oyunda uduzub.