UEFA reytinqi: Azərbaycan irəlilədi

Ötən gün Avropa Liqasında keçirilən görüşlər UEFA reytinqinə təsirsiz ötüşməyib. SportLine.az xəbər verir ki, "Qarabağ"ın "Vorskla" üzərində qələbəsi Azərbaycanın xal ehtiyatını daha 0,500 yaxşılaşdırıb. Bu, siyahıda irəliləməyə imkan verib.

Hazırda hesabında 19,000 xal olan Azərbaycan 26-cı pillədə qərarlaşıb:

24. Qazaxıstan - 19,250
25. Polşa - 19,250
26. Azərbaycan - 19,000
27. İsrail - 18,625
28. Bolqarıstan - 17,000

Qeyd edək ki, siyahıya yenə İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.