UEFA reytinqində gerilədik

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. Avropa Liqasının qrup mərhələsinin  son turunun oyunlarından  sonra siyahıda müəyyən  dəyişikliklər olub. Azərbaycan 17.750 xalla 1 pillə geriləyərək 26-cı pillədə yer alıb.“Qarabağ”ın evdə “Fiorentina”ya 1:2, “Qəbələ”nin səfərdə “Maynts”a 0:2 hesabı ilə uduzması nəticəsində xal hesabımız dəyişməyib. Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 98.284 xal. Almaniya (76.498) ikinci, İngiltərə (72,391) üçüncü pillədə yer alıb.

 

qol.az