Uolkott "Everton"da

Bir neçə gün öncə Cenk Tosunla heyətini gücləndirən "Everton" daha bir transfer edib. 

SportLine.az klubun saytına istinadən xəbər verir ki, Liverpul klubu Teo Uolkottun keçidini rəsmiləşdirib. 

Futbolçu ilə 3,5 illik müqaviləyə qol çəklilib. T.Uolkottun keçidi "Everton"u 20 milyin funt-sterlinq xərcə salıb.

Qeyd edək ki, 12 ildir "Arsenal" forması geyinən 28 yaşlı hücumçu 397 oyunda 108 dəfə fərqlənib.