Uqanda millisinin üzvü sabah Bakıya gəlir

“Səbail”in son transferi Faruk Miya sabah Bakıya gəlir.

Sportline.az xəbər verir ki, Belçikanın “Standard” klubundan icarəyə götürülən 23 yaşlı yarımmüdafiəçi sabahdan məşqlərə qatılacaq. Uqanda millisinin üzvü Premyer Liqanın XVI turu çərçivəsində fevralın 18-də “Qarabağ”la oyunda meydana çıxa bilər. 

Qeyd edək ki, “Səbail” qış transfer mərhələsində Miyadan əvvəl Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Kərim Diniyev, Yevgeni Koçuk, Nikoloz Apakidze, Vahit Orazsaxedov və Ruslan Əmircanovla heyətini gücləndirib.