"Üstün tərəf biz idik" - Kamran Ağayev

“Qələbə qazanmaq istəyirdik. Rəqibin bir neçə futbolçusu güclü klublarda çıxış etsə də, vacib olan komanda şəklində bir-birini anlamaq, başa düşməkdir". SportLine.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Makedoniyaya qarşı keçirilən yoldaşlıq görüşündən sonra deyib.

Futbolçu oyun haqda bu fikirləri səsləndirib: 

"Bu oyunda hər iki qol penalti zərbəsindən vuruldu. Oyun heç-heçə başa çatsa da, üstün tərəf biz idik. Xüsusilə də, ikinci hissədə onlara real qol epizodu yaratmaq imkanı vermədik. Əvəzində biz yaxşı oynadıq, hətta hesabı artırmağa da yaxın olduq. Yoldaşlıq oyunu olsa belə, meydana ancaq qələbə qazanmaq üçün çıxmışdıq. Çünki oyunun statusundan asılı olmayaraq, ölkəmizi təmsil edirik”.

Xatırladaq ki, Azərbaycan - Makedoniya görüşü 1:1 hesablı bərabərliklə yekunlaşıb.