Vəli Qasımovun yubiley matçı keçiriləcək

Azərbaycan futbolunun ən parlaq simalarından olan , Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada legioner karyerası yaşamış, 1992-ci il Rusiya çempionatının bombardiri - Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, yoldaşlıq oyununda Azərbaycan futbol veteranları vaxtilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda çiyin-çiyinə çıxış etmiş əcnəbi veteran futbolçularla üz-üzə gələcək.

Yerli veteranlar komandasının baş məşqçisi Kazbek Tuayev, əcnəbilərdən ibarət komandanın çalışdırıcısı isə Valeri Qazzayev olacaq.

Qarşılaşma noyabrın 15-də, saat 17:00-da Bayıl stadionunda keçiriləcək.