"Vəzifənin öhdəsindən 100 faiz gəldik" - Yürgen Klopp

"Bir çox oyunçumuz üçün, bu, Çempionlar Liqasında ilk yarımfinal təcrübəsi idi. Bununla belə, lazım olan nəticəni qazanmağı bacardıq". SportLine.az xəbər verir ki, bu sözləri "Liverpul" klubunun baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "Roma"ya qarşı keçirilən görüşdən sonra deyib.

Matç haqda təəssüratlarını bölüşən mütəxəssis, "Belə görüşlərdə bu cür məğlubiyyət normaldır. Yekunda sevinən tərəf olmaq istəyirsənsə, əsəblərini cilovlamalısan. Biz bu gün vəzifənin öhdəsindən 100 faiz gəldik. "Real"ı yada salın. Ötən gecə "Bavariya" finala vəsiqə qazanmağa yaxın idi. Ondan əvvəlki oyunda isə "Yuventus"a məğlub olmuşdular. Bu yarışda zəif komanda yoxdur və hər an fərqli vəziyyətlərlə qarşılaşa bilərsən. İndi isə final haqda düşünürük. Hazırlaşmaq üçün iki həftə vaxtımız var. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq", - deyə bildirib.