VIII turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan I Divizionunda VIII turun oyun cədvəli müəyyənləşib. 

Sportline.az xəbər verir ki, turun "Sabah-2” – "Zirə-2” matçı təxirə salınıb. Buna "Sabah-2” komandasından Kamran Məmmədov, Elçin Mustafayev, Şakir Seyidov və Emil Qasımovun U-19, Nemət Musayevin U-17  milli komandasının düşərgəsində olması səbəb göstərilib. "Sabah” klubunun müraciəti və "Zirə”nin razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 26 oktyabrda deyil, 29 oktyabrda keçirilməsinə qərar verib.

25 oktyabr (cümə axşamı)

"Zaqatala” – "Sumqayıt-2”
Zaqatala şəhər stadionu 

"Qaradağ Lökbatan” – "Şüvəlan”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

"Kəpəz” – "Turan Tovuz”
Gəncə şəhər stadionu

"Neftçi-2” – "Səbail-2”
"ASK Arena”

26 oktyabr (cümə)

"Keşlə-2” – "Qarabağ-2”
"Ask Arena”

MOİK – "Ağsu”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

29 oktyabr (bazar ertəsi)

"Sabah-2” – "Zirə-2”
Binə qəsəbə stadionu

Qeyd edək ki, turun bütün görüşləri saat 15:00-da başlanacaq.