Visente Del Boskenin final proqnozu

"Real"ın sabiq çalışdırıcısı Visente Del Boske bugünkü final görüşü ilə bağlı proqnozunu açıqlayıb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis, madridlilərin həlledici qarşılaşmanın aşkar favoriti olduğunu bildirib: "Real" əla komandadır. Bu, hazırda Avropanın ən güclü kollektividir. Güman edirəm ki, final matçında "Real" "Liverpul"a 4:1 hesabı ilə qalib gələcək"

Qeyd edək ki, final qarşılaşması Bakı vaxtı ilə 22-45-də başlanacaq.