"Vorskla" - "Qarabağ" oyununda anşlaq olmayacaq

UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində keçiriləcək "Vorskla" - "Qarabağ" görüşünə 10 mindən bir qədər artıq bilet satılıb. Bu barədə SportLine.az saytının Ukraynaya ezam olunmuş müxbiri məlumat verib.

Məlumatda qeyd olunub ki, matçın keçiriləcəyi "Vorskla" stadionu 25 min azarkeş tutumuna malikdir. Bu isə o deməkdir ki, stadionun yarısının dolacağı gözlənilir. 

Biletlərin qiymətləri 50 qrivin (2,9 AZN) - 300 qrivin (17,4 AZN) arasında dəyişir.

Qeyd edək ki, "Vorskla" - "Qarabağ" matçı Bakı vaxtı ilə gecəyarısında start götürəcək.