Xorvatiyalı futbolçu "Neftçi"də

Son mövsümün bürünc mükafatçısı  - "Neftçi” heyətinə daha bir futbolçu cəlb edib. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbəbr verir ki, xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə 1 illik müqavilə imzalanıb. 31 yaşlı futbolçu yeni komandasında 6 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, Qoran Paratskinin son klubu Avstraliya "Vellinqton Feniks”i olub.