"Yalnız PSJ barədə düşünürəm" - Neymar

"Real"a transfer olunacağı deyilən Neymar ötən gün Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

SportLine.az goal.com saytına istinadən xəbər verir ki, PSJ-nin hücumçusu yalnız komandası barədə düşündüyünü deyib:

"PSJ ilə müqaviləm var. Hazırda yalnız komandam barədə düşünürəm. Burada xoşbəxtəm. Məqsədlərimiz var və bunlara çatmaq üçün komanda yoldaşlarımla birgə mübarizə aparırıq".

Cavab görüşünün çətin olacağını deyən "sambaçı", "Mərhələni adlamaq çətin görünsə də, biz bu vəzifənin öhdəsindən gəlməyə qadirik. İnanıram ki, Parisdə lazımi nəticəni qazanacağıq", - deyib.

Qeyd edək ki, "Real" - PSJ görüşü birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.