Yaponiya klubunun futzalçısı Azərbaycan millisinə qoşuldu

Avropa çempionatının final mərhələsinə Bakıda hazırlaşan futzal üzrə Azərbaycan millisinin düşərgəsinə daha bir oyunçu qoşulub. 

SportLine.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, karyerasını Yaponiyanın "Agleymina Hamamatsu” klubunda davam etdirən Fineo de Araujo bu gün səhər saatlarında Bakıya gəlib. Bir müddət əvvəl Yaponiya çempionatında yaranmış fasilədən istifadə edərək, Braziliyaya baş çətən futzalçı bu gün Olimpik Starda keçiriləcək məşqə qoşulacaq.

Qeyd edək ki, ötən ilin aprelində Bakıda Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak etmiş Fineo dekabrda İrandakı beynəlxalq turnirə çağırılmayıb. Yaponiya ilə məsafənin uzaq, saat fərqinin isə çox olmasını nəzərə alan baş məşqçi Joze Alesio da Silva ona rəsmi oyunlar ərəfəsində dəvət göndərib.