"Yeni stadionda qol vurmamış "Tottenhem"i tərk etməyəcəyəm" - Harri Keyn

"Tottenhem"in hücumçusu Harri Keyn komandanı tərk edəcəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib. SportLine.az xəbər verir ki, 24 yaşlı futbolçu "Telegraph"a açıqlamasında komandada qalacağını təstiqləyib.

"Tottenhem"in yeni stadionu inşa olunur. Həmin arenada qol vurmamış heç yerə getməyəcəyəm. Burada özümü xoşbəxt hiss edirəm. Bu komanda ilə planlarım var", - deyən H.Keyn, "Belə bir vəziyyətdə komandadan ayrıla bilmərəm", - deyə bildirib.

Qeyd edək ki, futbolçunun adı Madrid "Real"ı ilə hallanırdı.