Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək. Cüdo Federasiyasından SportLine.az saytına verilən məlumata görə, 3 gün keçiriləcək yarışda ölkəmizin bütün bölgələrindən olan yeniyetmə cüdoçular iştirak edəcəklər.

Bu yaxınlarda baş tutan Bakı birinciliyi və region yarışlarının mükafatçıları, perspektivli yeniyetmələr respublika çempionatında medallar uğrunda mübarizə aparacaqlar.