Yeniyetmə cüdoçularımız Polşadan iki medalla dönür

Polşanın Bielsko Biala şəhərində yeniyetmələr arasında Avropa kubokuna start verilib. Azərbaycan Cüdo Federasiyasından SportLine.az saytına verilən məlumata görə, yarışın ilk günü Azərbaycan milli komandası aktivinə iki medal yazdırıb.

50 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əli Əsgərzadə və 60 kq çəki dərəcəsində yarışan Davud Abbaslı Avropa kubokunun bürünc medallarına sahib olublar.

Ayxan Tanrıverdiyev (55 kq), Qnyaz Mahmudlu (66 kq) və Şəhanə Hacıyeva isə 5-ci yeri tutublar.

Qeyd edək ki, 25 ölkədən 490 yeniyetmə cüdoçunun (284 oğlan, 206 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (15 oğlan, 2 qız) ilə təmsil olunur.