Yüksək Liqada təyinatlar açıqlandı

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının XXVI turunun təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, aprelin 28-də baş tutacaq tura Elçin Səmədlinin fiti ilə start veriləcək.

“Olimpik Star”dakı ilk matçda “Neftçi” və EKOL qarşılaşacaq. Turun digər matçlarını Elçin Məmmədov və Yusif Nurullayev idarə edəcək.

 

Yüksək Liqa

XXVI tur

28 aprel

12:30. “Neftçi” İK - EKOL
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov
Hakim-inspektor: Ələkbər Məmmədov

”Olimpik Star”

 

14:30. “Marafon Futsal” – “Araz”
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Kənan Məlikov
Hakim-inspektor: Arif Ağayev

”Olimpik Star”

 

16:30. “FK. İtaldizain Futsal” – “Xəmsə”
Hakimlər: Yusif Nurullayev, Ramiz Məhərrəmov, Kənan Məlikov
Hakim-inspektor: Aslan Həsənov

”Olimpik Star”