"Yuta Cazz"dan ardıcıl 10-cu qələbə

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. 

SportLine.az xəbər verir ki, ötən gecə azarkeşlər daha 6 oyuna şahidlik ediblər. Diqqətlər, əsasən, "Yuta Cazz" və "San Antonio Spörs" arasındakı mübarizəyə yönəlib. Gözlənildiyi kimi, gərgin keçən görüşün sonunda "Yuta Cazz" qələbə qazanıb - 101:99. Bu, "Yuta Cazz"ın ardıcıl 10-cu qələbəsi olub.

25 xal, 7 ribaunt, 5 məhsuldar ötürmə ilə yadda qalan Donovan Mitçel qələbədə əsas pay sahibi kimi yadda qalıb. 

Gecənin digər görüşlərində bu nəticələr qeydə alınıb:

"Detroyt Pistons" - "Nyu Orleans Pelikans" - 103:118
"Filadelfiya Sevinti-siksers" - "Nyu York Kniks" - 108-92
"Bruklin Nets" - "Los Anceles Klippers" - 101-114
"Çikaqo Bulls" - "Orlando Mecik" - 105-101
"Qolden Steyt Uarriors" - "Feniks Sans" - 129-83