"Yuventus" azarkeşləri təşvişdə

"Yuventus"un müdafiəçisi Corco Kyellini Çempionlar Liqasının 1/4 finalında "Real"la qarşılaşmanı buraxa bilər.

Sportline.az xəbər verir ki, 33 yaşlı futbolçu İtaliya çempionatının 29-cu turunda SPAL-la (0-0) oyunda aldığı zədədən əziyyət çəkir. Həkimlər onun əzələsindəki problemin ciddi olduğunu bildiriblər. Təcrübəli müdafiəçinin Argentina və İngiltərə ilə yoldaşlıq oyunlarında İtaliya millisinin heyətində olmayacağı dəqiqdir.

"Real"la aprelin 3-dəki ilk qarşılaşmada meydana çıxacağı isə sual altındadır.