"Yuventus" heyətini gücləndirdi

“Yuventus” heyətinə yeni futbolçu cəlb edib.

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin klubu “Boka Xuniors”un yarımmüdafiəçisi Rodriqo Bentankuru transfer edib. 

19 yaşlı futbolçunun keçidi “Yuventus”a 9,5 milyon avroya başa gələcək. Bentankur 5 illik müqaviləyə imzalayıb.